Beynəlxalq Sanksiyalara Uyğunluq – Azərbaycan Dili Kursu
Strategiya və İnkişaf Mərkəzi (CSD) “Beynəlxalq Sanksiyalara Uyğunluq” mövzusunda onlayn təlim kursuna qeydiyyatın başlamasını məmnuniyyətlə elan edir. Kursun məqsədi: ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən kurs çərçivəsində iştirakçılar mövcud beynəlxalq sanksiyalar, uyğunluq tələbləri, eləcə də ən yaxşı təcrübələrdə istifadə …
Overview
Strategiya və İnkişaf Mərkəzi (CSD) “Beynəlxalq Sanksiyalara Uyğunluq” mövzusunda onlayn təlim kursuna qeydiyyatın başlamasını məmnuniyyətlə elan edir.
Kursun məqsədi: ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən kurs çərçivəsində iştirakçılar mövcud beynəlxalq sanksiyalar, uyğunluq tələbləri, eləcə də ən yaxşı təcrübələrdə istifadə olunan metod və alətlərlə tanış olacaqlar. Kurs sanksiyalardan fəal yayınma fəaliyyətlərini aşkar etmək və qarşısını almaq üçün zəruri olan bilik və bacarıqların inkişafına töhfə verəcək. O, sanksiyalara uyğunluq, ixraca nəzarət, təhlükəsizlik sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar və digər müvafiq maraqlı tərəflər üçün nəzərdə tutulmuşdur.
Bu kurs kimlər üçündür: Azərbaycanda yaşayan və sanksiyalara riayət olunması ilə bağlı məsələlərlə maraqlanan hər kəs təlim kursu üçün qeydiyyatdan keçə bilər.
Qiymət: Kurs pulsuzdur.
Kursun təsviri: Təlim kursu beş moduldan ibarətdir (video dərslər, oxu materialları, o cümlədən özünüqiymətləndirmə testi və yekun imtahan). Seçilmiş iştirakçılar təsdiq e-poçtu aldıqdan sonra təlim prosesinə başlaya biləcəklər və kurs ərzində istifadəçi təlim saatlarını özü seçir. Bir moduldan digərinə keçmək üçün hər bir modul üçün özünüqiymətləndirmə testindən keçməlisiniz. Mümkün qədər geniş auditoriyanı təmin etmək üçün bütün kurs materialları Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Kursun Nəticələri: Kursu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra iştirakçılar beynəlxalq sanksiyaların pozulması hallarının effektiv şəkildə müəyyən edilməsi və qarşısının alınması, qeyri-qanuni fəaliyyətlərin aşkarlanması və onların sənaye fəaliyyətləri ilə bağlı aktiv sanksiyalardan yayınma fəaliyyətlərinin qarşısının alınması üçün həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara malik olacaqlar.
Qeydiyyat: Kursa qatılmaq üçün CSDAcademy.org.ge platformasında qeydiyyatdan keçməlisiniz. Azərbaycan vətəndaşlarının Azərbaycan və ya ingilis dilində kurs keçmək imkanları var.
Qeydiyyat oktyabrın 1-dən oktyabrın 21-dək açıqdır və seçilmiş iştirakçılar elektron poçtla təsdiq aldıqdan sonra təlim prosesinə başlaya biləcəklər. Kurs dekabrın 15-dək davam edəcək.
Əlavə suallarınız olsa, aşağıdakı e-poçt ünvanı ilə bizimlə əlaqə saxlayın:
Curriculum
- 6 Sections
- 10 Lessons
- 10 Weeks
- MODUL 1: Sanksiya orqanları və onlarla bağlı hadisələrin inkişafı3
- MODUL 2 : Rusiyaya Qarşı Tətbiq olunan Sanksiya Rejimləri3
- MODUL 3: DİGƏR SANKSİYA REJİMLƏRİ3
- MODUL 4: SANKSİYALARIN İNKİŞAFININ MONİTORİNQİ VƏ YOXLANMASI3
- MODUL 5: SANKSİYALARIN PRAKTİKİ İCRASI3
- Modul 6: yekun qiymətləndirmə testi0